Xəbər verdiyimiz kimi, bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Əhməd Əhmədovun dayısı Baxış Bədəlov jurnalistlərə açıqlama verib:
“Uşaq xəstə olub, bilmədən bu işləri görüb. Bir dayı kimi zərərçəkmiş də, vuran da, ölən də mənimdir”.
Qeyd edək ki, Əhməd Əhmədov ailə üzvlərini qətlə yetirdiyini etiraf edib, ifadə vermək istəməyib.
Bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Xatırladaq ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
- A-
- A
- A+
Cəmiyyət
13:35 / 04.07.2024
Əhmədin dayısı: "Ölən də, öldürən də mənimdir" – VİDEO
Hazırda oxunan: Əhmədin dayısı: "Ölən də, öldürən də mənimdir" – VİDEO
Hazırda oxunan: Əhmədin dayısı: "Ölən də, öldürən də mənimdir" – VİDEO
Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun dayısı açıqlama verib: 'Ölən də, öldürən də mənimdir'. Detallar məqalədə.
200410
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.