Şəkinin Sarıca kəndində vəhşi heyvan xırdabuynuzlulara hücum edib.
Bizim.Media-nın yerli bürosuna məlumat verən kənd sakinləri bildirib ki, belə hallar son aylar dəfələrlə təkrarlanıb.
Qoyun-quzusu vəhşi heyvan hücumuna məruz qalanlardan biri də Sarıca kənd sakini Əmrah Rəhimovdur.
Əmrah Rəhimovun sözlərinə görə, vəhşi heyvan gecə saatlarında ona məxsus qoyun tövləsinə girərək bir neçə xırdabuynuzlunu məhv edib.
Kənd sakini bildirib ki, bu hal kənddə ilk dəfə baş vermir. Son aylar digər sakinlərin də təsərrüfatlarına vəhşi heyvanların hücumu qeydə alınıb. Sakinlər məsələ ilə bağlı kənd icra nümayəndəliyinə və bələdiyyəsinə məlumat verdiklərini deyiblər, lakin onların da hər hansı tədbir görmək iqtidarında olmadığı məlum olub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 04.07.2024
Şəkidə vəhşi heyvan təsərrüfata hücum etdi - FOTO
Hazırda oxunan: Şəkidə vəhşi heyvan təsərrüfata hücum etdi - FOTO
Hazırda oxunan: Şəkidə vəhşi heyvan təsərrüfata hücum etdi - FOTO
Şəkinin Sarıca kəndində vəhşi heyvan xırdabuynuzlulara hücum etdi. Sarıca kənd sakinləri yaşanan olayı Bizim.Media-ya açıqlayıb və hücumların artması ilə bağlı narahatlıqlarını bildiriblər.
200387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.