Polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırma zamanı Arif Səlimovun xəsarəti özünün-özünə yetirdiyi məlum olub.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, A.Səlimovun həyat yoldaşı ərindən ayrılaraq yaşadıqları Ağdam rayonundan övladları ilə birgə bacısıgilə - Qala qəsəbəsinə gəlib.
A.Səlimov isə onun ardınca paytaxta yaşayan baldızıgilə gələrək övladlarını özü ilə aparmağa çalışıb.
Həyat yoldaşı buna etiraz etdiyi üçün A.Səlimov özünə bıçaq xəsarəti yetirib.
Araşdırmalar Xəzər RPİ-nin 1-ci PŞ-də aparılır.
*** 08:15
Bakının Xəzər rayonunda ailə-məişət zəminində dava zamanı qadın kişini bıçaqlayıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.
1975-ci il təvəllüdlü Arif Aqif oğlu Səlimov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt araşdırılır.
Bizim.Media