Arvadını hamamdan gec çıxdığı üçün qısqanan kişi DƏHŞƏT SAÇDI

Hazırda oxunan: Arvadını hamamdan gec çıxdığı üçün qısqanan kişi DƏHŞƏT SAÇDI

200321

Abşeron rayonunda 1976-cı il təvəllüdlü Məmməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xumara (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə bu ilin fevralın 24-də baş verib.

Məmməd gecə saat 00:30-da alkoqol sərxoşluğu vəziyyətində həmin ünvanda qeyri rəsmi ər-arvad münasibətində olduğu Xumarın evin hamam otağından gec çıxdığını görüb və onun mobil telefon vasitəsi ilə başqa şəxslə ünsiyyət saxladığını zənn edib.

Məmməd bu səbəbdən Xumarla mübahisə edib və onun üzərinə hücum edərək üzünə yumruq vurub.
Onu yerə yıxaraq, saçından tutub və başını döşəməyə vurub. Məmməd yerdə olan Xumara təpik vuraraq bel və digər nahiyələrinə ardıcıl zərbələr endirib.

Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Xumarla 2002-ci ildə ailə həyatı qursa da, onunla rəsmi nikaha daxil olmayıb:

"Bu evlilikdən iki övladım dünyaya gəlib. Saat 00:30-da yaşadığım evdə spirtli içki qəbul etdikdən sonra Xumarın sanitar otağından gec çıxdığını gördüm və onun telefonla danışdığını hiss etdim. Əsəbiləşərək yumruqla sifət nahiyəsinə, təpiklə isə bel nahiyələrinə vuraraq xəsarət yetirdim. Həmin vaxt mübahisə təxminən dörd-beş dəqiqə davam etdi. Mübahisə olarkən yanımızda I qrup əlil olan 2005-ci il təvəllüdlü qızım olub".

İş üzrə zərərçəkmiş Xumarın sözlərinə görə, Məmməd ilə tez-tez mübahisə etdikləri üçün bir müddət ayrı yaşayıblar:

"Təxminən iki ay olar ki, Məmmədlə yenidən barışaraq birlikdə yaşamağa başladıq".

Zərərçəkmiş hadisə günü baş verənlər barədə danışıb:

"Saat 00:20-də sanitar qovşağı otağına girdim. Bir neçə dəqiqə sonra Məmməd qapını döyərək bu qədər vaxt orada nə etdiyimi və mobil telefonda kiminlə danışdığımı soruşdu. Sanitar qovşağından çıxanda yumruqla üzümə vuraraq yerə yıxdı. Bu zaman I qrup əlil olan qızım qışqırdığı üçün Məmməd evi tərk etdi".

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin