“İyulun 2-də futbol üzrə Avropa çempionatı çərçivəsində millimizlə Avstriya yığması arasında keçirilən oyundan sonra UEFA-nın futbolçumuz Merih Demirala qarşı intizam araşdırması açması qəbuledilməzdir”.
Bizi.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
“Almaniya Federal Konstitusiyanı Mühafizə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda “bozqurd” işarəsi göstərən hər kəsin ifrat millətçi kimi qiymətləndirilmədiyinin vurğulandığı və “bozqurd” işarəsinin Almaniyada qadağan edilmiş bir simvol olmadığı halda, Almaniya səlahiyyətliləri tərəfindən Demirala göstərilən reaksiyalar birbaşa ksenofobiya kimi qiymətləndirilir”, - deyə bəyanatda qeyd edilib.
Həmçinin rəsmi Ankara idman müsabiqələrində sevinc nümayişi zamanı tarixi və mədəni simvolun heç kimi hədəf almayacaq şəkildə istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınadığını bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:50 / 03.07.2024
Tarixi simvolun istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq - Ankaradan BƏYANAT
Hazırda oxunan: Tarixi simvolun istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq - Ankaradan BƏYANAT
Hazırda oxunan: Tarixi simvolun istifadəsinə siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq - Ankaradan BƏYANAT
Türkiyənin Xarici İşlər Nazirliyi, UEFA-nın futbolçumuz Merih Demirala qarşı intizam araşdırması açması və Almaniyanın reaksiyası ilə bağlı bəyanat yayıb. Rəsmi Ankara siyasi məqsədlər üçün tarixi simvolun istifadəsinə verilən reaksiyaları qınayır.
200309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.