Bu gün Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bədbəxt hadisə rayonun Çobankol kəndində artezian quyusunda təmir işləri aparılan zaman baş verib.
İlkin məlumatlara görə, Zaqatala rayon sakini 52 yaşlı Hacıməhəmməd Qaracayev artezianın elektrik şitinin yenilənməsi işləri aparan zaman bilinməyən səbəbdən dünyasını dəyişib.
Qəfil ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Sosial şəbəkələrdə mərhumu elektrik cərəyanının vurması ilə bağlı bəzi iddialar yer aldığından məsələyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Dilqəm Şərifov da münasibət bildirib. Agentliyin nümayəndəsinin sözlərinə görə, mərhum Zaqatala yerli istismar idarəsində elektrik peşəsində çalışıb.
İlkin məlumatlara görə, o, subartezian quyusunda təmir işləri görülən zaman vəfat edib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:34 / 03.07.2024
Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO
Hazırda oxunan: Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO
Hazırda oxunan: Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO
200307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.