Azərbaycan Tayvanı Çinin ayrılmaz bir hissəsi kimi tanıyır - BİRGƏ BƏYANNAMƏ

Hazırda oxunan: Azərbaycan Tayvanı Çinin ayrılmaz bir hissəsi kimi tanıyır - BİRGƏ BƏYANNAMƏ

200298

Tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər.

Bizim.Media xəbər verir ki, bu fikir iyulun 3-də Astanada qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında BİRGƏ BƏYANNAMƏ imzalandı


Birgə Bəyannamədə bildirilib ki, Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin