BNA-dan gülünc AÇIQLAMA - “Avtobuslarda soyutma sistemi mərkəzləşdirilmiş qaydada işləyir”

Hazırda oxunan: BNA-dan gülünc AÇIQLAMA - “Avtobuslarda soyutma sistemi mərkəzləşdirilmiş qaydada işləyir”

20029

Avtobuslarda sərinləndirmə sistemləri işə salınmır. Son günlər havaların istiləşməsi ictimai nəqliyyatda hərəkəti çətinləşdirib. Günün pik saatlarında isə bu durum sıxlıq müşahidə olunan “BakuBus”larda vəziyyəti daha da gərginləşdirir.

Bununla bağlı Bizim.Media-ya çoxsaylı sərnişin şikayətləri daxil olub.

Onların sözlərinə görə, havanın isti olduğu vaxt sürücüdən kondinsioneri işə salmalarını xahiş etsələr də, bu cavabı eşidirlər:

"Kondinsioneri işə salmağa icazəmiz yoxdur. Rəhbərlik koronavirusa görə kondinsioner işlətməyə icazə vermir".

Sərnişinlər dözülməz sıxlıq və istilərdə, üstəlik maska ilə salon daxilində dözüm gətirməyin çətin olduğundan gileyləniblər:

“Anlamıdığımız bir şey var. Məgər kondinsioner də istilik kimi mövsümdən mövsümə işə salınmalıdır? “Koronavirusa görə kondinsioner işə salınmaz” nə deməkdir? Onsuz da maska və nəfəs-nəfəsə dayanırıq. Mənzilbaşına boğula-boğula gedirik. Nə vaxt avtobusdan düşəcəyik deyə səbrimiz tükənir. Üstəlik sərnişinləri də bu şəkildə incidirlər. Niyə qəsdimizə durmusuz ay nəqliyyat qurumları?”

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev avtobuslarda kondisionerlərin əsasən yay mövsümündə işə salındığını bildirib:

“Sərnişinlərimizin rahatlığı nəzərə alınaraq daha erkən tarixdə də işə salınması mümkündür. Bu, daha çox hava şəraitindən, havanın tempuratur göstəricilərindən asılıdır. İndiki vəziyyətdə səhər və günorta saatlarda müəyyən qədər tempuratur yüksək olsa da, axşama doğru hava bir qədər sərin olur. Nəticədə sərnişinlərin bir qismi tam əksinə kondisionerin işləməsindən şikayət edir. “BakuBus” avtobuslarında isə kondisionerlərin işləmə mexanizmi mərkəziləşdirilmiş qaydada həyata keçirilir. Yəni sürücü istədiyi vaxt onu işə salıb söndürə bilmir. Ona görə indiki halda avtobusun salonunda havalandırmanı təmin etmək üçün yan pəncərələr açıq saxlanılır”. 

Qurum rəsmisi əlavə edib ki, təbii havanın tempuratur göstəriciləri davamlı olaraq yüksək olarsa və zərurət yaranarsa, kondisionerlərin işə salınmasına dair göstəriş veriləcək.

BNA rəsmisinin açılamasından belə bəlli olur ki, agentlik də özü üçün şəhərin digər təsərrüfatları kimi yay - qış mövsümü elan edib. 

Onda, BNA-da bu mövsümlərə keçid vaxtı necə müəyyən edilir? Görəsən bütün avtobuslara soyutma və ya istilik verən o mərkəz harada yerləşir?  

Mayiq Ağayev deyəsən dolamağa adam axtarır. Məgər hava şəraitinin isti və ya soyuq keçdiyi vaxt, əgər bunu sürücü etmirsə, hansısa mexanikə göstəriş vermək bu qədər çətindirmi ki, sistemi işə salsın. Yəqin ki, bunun üçün də Nazirlər Kabinetinin qərarı lazımdır...

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin