Çağırışçıları nazirlik yoxlayacaq: “Neqodnı”ları nə GÖZLƏYİR?

Hazırda oxunan: Çağırışçıları nazirlik yoxlayacaq: “Neqodnı”ları nə GÖZLƏYİR?

Neqodnıları nə GÖZLƏYİR? Hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Hərbi ekspert Ədalət Verdiyev müsbət dəyişikliklər gözlədiyini və şəffaflığın təmin edilməsini ümid etdiyini vurğulayıb.

200256

Xəbər verdiyimiz kimi, bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.

Bəs bu addım nəyə hesablanıb?

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, bu qərar çağırışlarla bağlı ciddi müsbət dəyişikliklərə səbəb olacaq:

“Artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yalnız hərbçini çağıracaq. Çağırışçının yararlı olub-olmamasını, möhlət hüququna dair qərarları Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verəcək. Məlumatlar mərkəzləşdirilmiş elektron sistemlərdə öz əksini tapacaq.

Ümid edək ki, bu qərarlar şəffaflığın təmin edilməsinə töhfə verəcək. Hərbi bilet “alveri” etdiyi üçün həbsdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarını göz önündə saxlasaq və bu işlərə qoşulan çox sayda həkimlərin həbsini nəzərə alsaq, inanmıram ki, kimsə yenidən belə çirkli məsələlərlə məşğul ola bilsin” .

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin