Macarıstanlı səfir: Ölkəmiz Cəbrayılın Soltanlı kəndində yaşayış binaları tikəcək

Hazırda oxunan: Macarıstanlı səfir: Ölkəmiz Cəbrayılın Soltanlı kəndində yaşayış binaları tikəcək

200237

Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidənqurulması ilə bağlı layihəyə əsasən, azad edilmiş ərazilərdə altı minə yaxın insanın məskunlaşmasına imkan verəcək yaşayış binaları tikiləcək.

Bizim.Media xəbər verir ki, bunu report.az-a müsahibəsində Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman deyib.

"Hazırda diqqətimizi Soltanlının yenidən qurulmasına yönəldirik. Bu, mürəkkəb və irimiqyaslı layihədir, azad edilmiş ərazilərdə 6 minə yaxın insanın məskunlaşmasına imkan verəcək yaşayış binaları, həkim məntəqəsi və kommunal xidmətlər üçün məntəqələr tikiləcək",-o qeyd edib.

Səfir vurğulayıb ki, Macarıstan şirkətləri Qarabağ regionunda, xüsusilə su və çirkab su təmizləyici qurğuların yenidən qurulması, su təchizatı şəbəkələri və yaşıl enerji layihələri ilə bağlı gələcək layihələrdə iştirak etməyə can atırlar:

"Macarıstan institutları və şirkətləri hazırda layihə imkanlarının müəyyənləşdirilməsinə diqqət yetirirlər. Artıq bir neçə şirkət Ələt Azad İqtisadi Zonasına və Azərbaycanın digər sənaye parklarına böyük maraqla səfər edib. İnanıram ki, gələcəkdə Macarıstan şirkətləri Qarabağın yeni sənaye parklarına da səfər edəcək və imkanlar axtaracaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin