İyunun 27-də baş tutan debatdan sonra bütün sorğular Trampın seçkilərdə qələbə qazanacağını göstərir.
Prezident seçkilərində Baydenin namizədliyinin dəyişdirilməsini ABŞ-da respondentlərin 60 faizi dəstəkləyir. Bu barədə "Axios" məlumat yayıb.
Görünən odur ki, prezidentliyə namizədlər Bayden və Tramp arasında keçirilən son teledebat həlledici olub. Artıq Baydenin təmsil etdiyi Demokratlar partiyasında belə onun işə yaramayacağı, namizədi başqası ilə əvəz etmə zərurəti barədə təkliflər səslənməkdədir.
Onu da qeyd edək ki, rəy sorğularında Tramp Baydeni üstələyir. Son rəy soğrularına görə, Trampı dəstəkləyənlərin sayı 55-56 faiz civarındadır.
Bu fonda maraqlıdır, Tramp qalib gələrsə, dünyanı nələr gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, dünyada cərəyan edən bəzi məsələlərin həllində Tramp da öz sözünü deyəcək:
“Donald Tramp bir dəfə Prezident oldu, dünyanı nə gözlədi ki? Ya Bayden gəldi, müharibə dayandımı? Əlbəttə ki, yox. ABŞ-ın ümumi bir strategiyası, dünya strategiyasında öz hədəfləri var. Bu hədəflərə doğru Trampı da istiqamətləndirəcəklər.
Ola bilər bəzi münasibətlərdə Trampın fərdi xarakteri nəyisə dəyişsin. Amma bütövlükdə o da ümumi dövlət siyasətindən uzaqlaşmayacaq. Birinci Prezidentlik dövründə də Tramp müəyyən məsələlərdə orijinal xətt izləməyə çalışdı, lakin alınmadı. İndi daha təcrübəli bir Tramp gəlir. Düşünürəm ki, dünyadakı müəyyən məsələlərin həllində onun da rolu olacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:30 / 04.07.2024
Trampın Ağ Evə gedən yolu AÇILIR – Dünyanı yeni müharibələr, yoxsa SÜLH GÖZLƏYİR?
Hazırda oxunan: Trampın Ağ Evə gedən yolu AÇILIR – Dünyanı yeni müharibələr, yoxsa SÜLH GÖZLƏYİR?
Hazırda oxunan: Trampın Ağ Evə gedən yolu AÇILIR – Dünyanı yeni müharibələr, yoxsa SÜLH GÖZLƏYİR?
ABŞ-da prezident seçkiləri ilə bağlı əhalinin nəticəsi Trampın qalib gələcəyini göstərir. Trampın mövcud prezident Baydendən fərqli olaraq dünyada yeni müharibələrə yol açıb açmayacağı sualı qalmaqdadır.
200224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.