Dövlət Departamenti: Bakı-İrəvan danışıqları əsas prioritetimizdir

Hazırda oxunan: Dövlət Departamenti: Bakı-İrəvan danışıqları əsas prioritetimizdir

200155

ABŞ Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində Azərbaycan və Ermənistanla işləməyə davam edəcək.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı bildirib.

O qeyd edib ki, iki ölkə arasında davam edən müzakirələr Dövlət Departamenti üçün prioritetdir:

“Cənubi Qafqazdakı problem kontekstində bu, bizim üçün prioritet məsələdir. Biz NATO sammiti çərçivəsində konkret görüşlər və tapşırıqlar üzərində işləməyə davam edəcəyik”.
Dövlət Departamentinin sözçüsü görüşlərin konkret gündəliyi barədə danışmaqdan imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin