HƏMAS hücumlarında ölənlərin ailələri 3 ölkəni MƏHKƏMƏYƏ VERDİLƏR 

Hazırda oxunan: HƏMAS hücumlarında ölənlərin ailələri 3 ölkəni MƏHKƏMƏYƏ VERDİLƏR 

HƏMAS qruplaşmasının hücumları nəticəsində həlak olan şəxslərin ailələri İran, Suriya və Şimali Koreyanı ABŞ məhkəməsinə veriblər. Şikayət ərizəsində İran, Suriya və Şimali Koreyanın HƏMAS-a maliyyə və hərbi dəstək verdiyi də vurğulanıb.
200139

HƏMAS qruplaşmasının hücumları nəticəsində həlak olan şəxslərin ailələri İranı məhkəməyə veriblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Deutsche Welle” məlumat yayıb.

Bildirilib ki, 2023-cü il oktyrabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı həlak olan bir sıra qurbanların ailələri İran, Suriya və Şimali Koreyanı ABŞ məhkəməsinə veriblər.
Məlumata görə, onlar bu üç ölkəni HƏMAS-ı dəstəkləməkdə ittiham edərək 4 milyard dollar təzminat istəyiblər.

Şikayət ötən gün İftiraya Qarşı Birlik tərəfindən Vaşinqtonun Federal Məhkəməsinə təqdim edilib. Şikayət ərizəsində İran, Suriya və Şimali Koreyanın HƏMAS-a maliyyə və hərbi dəstək verdiyi də vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin