Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim etdi

Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim etdi

200116

İyulun 2-də Azərbaycan Respublikasının iqamətgahı Nayrobi şəhərində olmaqla Konqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Deni Sassu-Nqessoya təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Keniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Konqo Prezidenti Deni Sassu-Nqesso salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. O, səfirə yeni fəaliyyətində uğurlar arzulayıb.

Səfir öz növbəsində, Azərbaycan Prezidentinin Konqo Prezidentinə və xalqına salamlarını, xoş arzularını çatdırıb. Ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Konqo Prezidenti bu ilin aprelində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşü yüksək təəssüratla xatırlayaraq ölkələrimiz arasında mövcud dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində dinamik işbirliyindən məmnuniyyətini diqqətə çatdırıb.

Səfir bildirib ki, Azərbaycan Respublikası 2024-cü il iyulun 2-5-də Brazzavil şəhərində keçirilən Meşələrin Qorunması üzrə Birinci Beynəlxalq Konfransında ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunur.

O, Prezident İlham Əliyevin konfransın gələcək nəsillər üçün planetimizin meşə örtüyünün mühafizəsi və artırılması məsələlərinin həlli yollarını tapmaq, ekoloji təmiz və dayanıqlı gələcəyə nail olmaq məqsədlərinə töhfə verəcəyinə inamını çatdırıb.

Həmçinin məlumat verilib ki, Azərbaycan COP29-un ev sahibi olmaqla bərabər, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) də ev sahibliyi edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin