Amerikalı tanınmış veteran boksçu Mayk Tayson futbol üzrə Türkiyə millisinə hədiyyə göndərib.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa çempionatında Avstriya ilə keçiriləcək matçda “ay-ulduzlular”a azarkeşlik edəcəyini bildirən 59 yaşlı idmançı üzərində Türkiyə bayrağı olan imzalı boks əlcəklərini komandaya hədiyyə edib.
Türkiyə millisinin futbolçuları Hakan Çalhanoğlu, Arda Gülər, Kənan Yıldız və Uğurcan Çakır xüsusi hədiyyəyə görə veteran boksçuya təşəkkür ediblər.
Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində baş tutacaq Avstriya-Türkiyə oyunu bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:31 / 02.07.2024
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərdi
Hazırda oxunan: Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərdi
Hazırda oxunan: Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərdi
Amerikalı boksçu Mayk Tayson, Türkiyə milli futbol komandasına hədiyyə göndərib. Avropa çempionatında oynanacaq matç üçün Türkiyə bayrağı olan imzalı boks əlcəklərini futbolçulara hədiyyə edən Tayson, Türkiyə millisindən təşəkkür alıb.
200086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.