Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları kompüter, planşet, səs gücləndirici və müxtəlif markalı mobil telefon aksesuarlarının qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən (DGK) Bizim.Media-ya bildirilib ki, DGK-nin əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, şirkət ünvanına göndərilmiş mallara gömrük bəyannaməsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra baxış keçirilib.
Bu zaman bəyannamədə qeyd olunmayan və qutularla eynilik təşkil etməyən, malları digər malların zahiri görünüşündən istifadə etməklə gizlədilən 6 ədəd “Apple İpad Pro” markalı planşet, 26 ədəd “Apple MacBook” markalı kompüter, 15 ədəd “Apple” markalı yükləyici, 500 ədəd müxtəlif markalı mobil telefonlara məxsus ekran və 10 ədəd batareya, 100 ədəd “JBL GO3” markalı səs gücləndirici aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:16 / 02.07.2024
Aeroportda gömrükçülərin aşkar etdikləri QANUNSUZ MƏHSULLAR: Kompüter, planşet... - FOTO
Hazırda oxunan: Aeroportda gömrükçülərin aşkar etdikləri QANUNSUZ MƏHSULLAR: Kompüter, planşet... - FOTO
Hazırda oxunan: Aeroportda gömrükçülərin aşkar etdikləri QANUNSUZ MƏHSULLAR: Kompüter, planşet... - FOTO
200081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.