Bakı funikulyorunda da gediş haqqı artıb? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Bakı funikulyorunda da gediş haqqı artıb? – Rəsmi AÇIQLAMA 

Bakı funikulyorunda gediş haqqı artıb? Rəsmi açıqlama çərçivəsində məlumatlar.
200067

Xəbər verildiyi kimi iyul ayının 1-dən ictimai nəqliyyatda gediş haqları artırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tariflər yenilənib, şəhərdaxili avtobuslarda və metro nəqliyyatında gediş haqqı 50 qəpik müəyyənləşib.

Paytaxtda Şəhidlər Xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən nəqliyyat vasitəsi Bakı funikulyoru fəaliyyət göstərir.

Cəmi iki stansiya, “Bəhram Gur” və “Şəhidlər Xiyabanı” arasında gediş-gəlişi təmin edən, həmçinin, şəhərin gözəlliyini seyr etmək üçün istifadə edilən funikulyorda gedişhaqqı artıbmı? Ümumiyyətlə, xidmətə görə qiymətdə dəyişiklik gözlənilirmi?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qiymətdə artım müşahidə olunmayıb:

“Hazırda funikulyorda adambaşına gediş haqqı 1 manatdır. Qiymətdə hər hansı dəyişikliyin olması isə qurumun səlahiyyətində deyil”.

Qeyd edək ki, funikulyor 64 ildir fəaliyyət göstərir. Bir müddət pulsuz xidmət göstərən funikulyorun iki stansiyası var və onlar arasındakı məsafə 455 metrdir.  Vaqonlararası interval 4 dəqiqədir. Funikulyor hər 10 dəqiqədən bir yola düşür.

Günay Şahmar, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin