Macarıstanın baş naziri Viktor Orban iyulun 2-də səhər saatlarında Kiyevə gəlib. Bu, onun 12 ildən sonra Ukraynaya ilk səfəridir.
Bizim.Media xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda“ nəşri yazıb.
Mənbə qeyd edir ki, baş nazir çoxsaylı avtomobil korteji ilə Macarıstan səfirliyinə gəlıb.
Xatırladaq ki, Orban nə Volodimir Zelenskinin, nə də əvvəlki prezident Petro Poroşenkonun dövründə Ukraynaya səfər etməyib.
Orban sonuncu dəfə Kiyevə 2012-ci ildə o vaxtkı prezident Yanukoviçlə görüşmək üçün səfər edib.
Baş nazirin bu gün prezident Zelenski və digər rəsmilərlə danışıqlar aparacağı gözlənilir.
Yeri gəlmişkən, ötən həftənin sonunda Orban və Zelenski Aİ liderlərinin Brüsseldə keçirilən sammiti çərçivəsində görüşüblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:16 / 02.07.2024
Viktor Orban Kiyevə gəldi
Hazırda oxunan: Viktor Orban Kiyevə gəldi
Hazırda oxunan: Viktor Orban Kiyevə gəldi
Macarıstanın baş naziri Viktor Orban, 12 ildən sonra Ukraynaya ilk səfərini gerçəkləşdirir. Viktor Orban Kiyevə gəlib və prezident Zelenski ilə görüşlər aparacaq.
200058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.