Sabiq deputatın cinayət işi başa çatdı - 6 milyon manatı qanunsuz leqallaşdırıb

Hazırda oxunan: Sabiq deputatın cinayət işi başa çatdı - 6 milyon manatı qanunsuz leqallaşdırıb

Hazırda tərəflər iş materialları ilə tanış olaraq, Quska ləqəbli sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Abdullayev 6 milyon manat pulun qanunsuz leqallaşdırılması ilə ittiham olunub və sanksiyasında 7 il ilə 12 il arasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

200042

Yenidən cinayət məsuliyyətinə cəlb edilən “Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hazırda tərəflər iş materialları ilə tanış olurlar.

“Quska”ya qarşı yekun olaraq Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə ittiham elan edilib. O, 6 milyon manat vəsaitin qanunsuz leqallaşdırılmasında təqsirləndirilir. Bu maddənin sanksiyasında 7 ildən 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Yaxın günlərdə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə o, azadlığa çıxa bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin