Afət: “Başqasının ərinə “həyat yoldaşımdır” deyib, alınan evləri efirdə göstərib acıq verirlər” – VİDEO   

Hazırda oxunan: Afət: “Başqasının ərinə “həyat yoldaşımdır” deyib, alınan evləri efirdə göstərib acıq verirlər” – VİDEO   

Başqasının ərinə "həyat yoldaşımdır" deyib, alınan evləri efirdə göstərib acıq verirlər - Müğənni Afət Fərmanqızı qadın həmkarını efirdə rüsvay edib. Ay Zaur verilişində dəbdəbəli evində qonaq edilən Afət, ifaçı həmcinslərinin ailəli kişilərlə eşq yaşayıb alınan əşyalarını efirdə nümayiş etdiklərini söyləyib. Qanuni arvadlarının üstünə təcili yardım maşınları gedildiyini iddia edən Afət, qanuni arvadlarına efirdə acıq verilərək rüsvay edilməsinə etiraz edib.
200021

Müğənni Afət Fərmanqızı qadın həmkarını efirdə rüsvay edib. 

Bizim.Media-nın məlumatına görə, “Ay Zaur” verilişini dəbdəbəli evində qonaq edən Afət bildirib ki, ifaçı həmcinsləri varlı və ailəli kişilərlə eşq yaşayırlar və onlara alınan bahalı əşyalarını efirdə nümayiş etdirirlər. 

“O qadın müğənnilər efirə çıxıb başqasının ərinə “Mənim həyat yoldaşım” kimi təqdim edirlər. Əgər sən o kişiyə həyat yoldaşım deyirsənsə, nikah şəhadətnaməsini çıxar, göstər. O kişidən dünyaya gələn uşaqlar da qeyri-qanunidir. Mən uşaq məsələsini kənara qoyuram. Mən özümü o kişilərin həyat yoldaşlarının yerinə qoyuram.

Qanuni arvadlarının üstünə dəfələrlə təcili yardım maşınları gedir. Bu haqda isə onların qonşuları mənə məlumat verib. O qadın ifaçılar efirə çıxıb onların ərlərinin aldıqları bahalı telefonlar, xəz dəriləri, evi göstərib “yandırırlar” (acıq vermək – red.). O ifaçılar həm ərlərini əlindən alırlar, həm də qanuni arvadlarına efirdə acıq verirlər. Daş o kişinin başına ki, uşaqlarının anasını o cür sındırır.
Əsl kişi öz xanımını alçatmamalıdır. Kişi elə bir hərəkət də edə bilər ki, xanımı sınmasın. Bu cür kişilərin övladları ömür boyu travma yaşayır. Səhvin ola bilər, amma bunu efirdə açıq-aşkar deyib və digər ailəni məhv etməyin hansı adı var?! Əgər mənim həyat yoldaşım başıma bu oyunu açsa, o uduzacaq. Mən uduzmayacağam, çünki mənim karyeram var. Bu dəqiqə mən başqa bir sahədə iş qurmağa başlayıram. Özümü heç zaman nə övladdan, nə də ki, ərdən asılı edərəm. Kişi bilsə ki, qadın ondan asılı deyil, yəni onun təhsili var, o heç zaman onunla bu cür davranmayacaq”, - deyə Afət vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin