Türkiyənin Kayseri şəhərində yenidən miqrantlara qarşı etirazlar başlayıb.
Bizim.Media xəbər verir ki, etirazçılar küçələrə axışaraq, suriyalı miqrantların ölkədən qovulmasını tələb edirlər.
Bununla əlaqədar Təhlükəsizlik qüvvələri yenidən kütləvi həbslərə başlayıb.
Eyni zamanda Hatay vilayətinin Reyhanlı şəhərində də insanlar küçələrə çıxaraq “Ölkədə qaçqın istəmirik!” şüarını səsləndiriblər.
Konya və Qaziantepdə də iğtişaşlar olduğu bildirilir.
Qeyd edək ki, ötən gün suriyalı qaçqının 5 yaşlı qıza təcavüz etməsindən sonra Türkiyədə etirazlar başlayıb. Buna cavab olaraq isə bu gün Türkiyə ordusunun Suriyadakı mövcudluq zonası boyu nümayişlər başlayıb. Suriyanın şimalındakı bir sıra yaşayış məntəqələrində nümayişçilər Türkiyə bayraqlarını cırıb, yerli türkyönlü hakimiyyət orqanlarına və türk işçilərə hücum edib, şüşələri sındırıb, onlara məxsus yük və minik avtomobillərinə atəş açıblar.
Bizim.Media