Dövlət Məşğulluq Agentliyinin idarə heyəti sədrinə yeni müşavir TƏYİN OLUNDU

Hazırda oxunan: Dövlət Məşğulluq Agentliyinin idarə heyəti sədrinə yeni müşavir TƏYİN OLUNDU

199992

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinə yeni müşavir təyin olunub.

Bizim.Media report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Səməd Sahibzadə gətirilib.

Qeyd edək ki, S.Sahibzadə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Çin Xalq Respublikasında Dövlət İdarəetməsi (MPA) ixtisası üzrə magistr təhsili alıb. 2020-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük məsləhətçi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin