Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

Hazırda oxunan: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb - VİDEO

199971

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin