Cəlilabadda yağış suları tarixi hesab edilən məzarı üzə çıxardı - FOTO

Hazırda oxunan: Cəlilabadda yağış suları tarixi hesab edilən məzarı üzə çıxardı - FOTO

199962

Cəlilabadda yağış suları qədim dövrə aid olduğu ehtimal edilən məzardan sümük qalıqlarını üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə report-a yerli tarixçi Elşad Əmənov məlumat verib.

Tarixçinin sözlərinə görə, tapıntılar rayonun Badamağacı kəndində, yolun kənarında aşkarlanıb.

O bildirib ki, əvvəllər bu ərazidə el arasında "Kosa məzarı" deyilən bir məzar olub. Güman etmək olar ki, bu sümüklər elə həmin qəbirə aiddir.

Tarixçi, həmçinin qeyd edib ki, ərazidə tarixi araşdırmalar aparmaq vacibdir. Məhz bundan sonra tapıntılar barədə ətraflı məlumat söyləmək olar.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin