Dünyada tüğyan edən meymunçiçəyinə Azərbaycanda yoluxan VARMI? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Dünyada tüğyan edən meymunçiçəyinə Azərbaycanda yoluxan VARMI? – Rəsmi AÇIQLAMA 

Dünyada tüğyan edən meymunçiçəyinə Azərbaycanda yoluxan varmı? Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi açıqlamasına görə, Azərbaycanda meymunçiçəyi virusuna görə heçbir yoluxma halları qeydə alınmayıb.

199912

Avropadan sonra meymunçiçəyi virusuna ilk dəfə Amerika Birləşmiş Ştatlarında da rast gəlinib. Meymunçiçəyi nadir bir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir.

Bəs, Azərbaycanda meymunçiçəyi virusuna yoluxan varmı?

Səhiyyə Nazirliyi Media və Kommunikasıya şöbəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda meymunçiçəyi xəstəliyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır:
 

MÖVZU İLƏ BAĞLI:

ÜST-dən XƏBƏRDARLIQ: Meymunçiçəyinə yoluxma 91 mini ÖTDÜ  


“Qeyd edək ki, meymunçiçəyi çox nadir rast gəlinən virus xəstəliyidir. Meymunçiçəyi virusu ilə törədildiyindən, bu xəstəliyə belə ad verilib. İnsandan insana ötürülməsi təmasla və əsasən cinsi yolla baş verir. Bu günə kimi ölkə ərazisində meymunçiçəyi xəstəliyi ilə bağlı şübhəli hal qeydə alınmayıb. Onu da vurğulamaq istərdik ki, Azərbaycan meymunçiçəyi xəstəliyinə görə endemik ölkə hesab edilmir”.

Xatırladaq ki, 2024-cü ilin may ayında dünyada ən azı 646 mpoxa (meymunçiçəyi üçün yeni ad) yoluxma halı müəyyən edilib, 15-i ölümlə nəticələnib.

2022-ci ilin yanvar ayından bu günə qədər virusa yoluxanların sayı 97,7 mini keçib.

Nailə Kərim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin