Xəbər verildiyi kimi, İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Dini Lider Seyid Əli Xamneyinin Bakıdakı rəsmi nümayəndəsi Əli Əkbər Ocaqnejad general Polad Həşimovun ailəsini ziyarət edib. Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün "Tvitter” səhifəsində paylaşım etmişdi.
Səfir bildirmişdi ki, səfirliyin hərbi attaşesi və dini rəhbərin Azərbaycan üzrə nümayəndəsi Əli Əkbər Ocaqnejadla birlikdə general şəhid Polad Həşimovun evində olub.
Bizim.Media xatırladır ki, onlar öldürülmüş general Qasım Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim ediblər.
Lakin şəhid general Polad Həşimovun ailəsi xəbəri təkzib edib.
Sosial şəbəkədə yayılan məlumata görə, Polad Həşimovun anası Səmayə xanım mükafatı almadıqlarını bildirib.
"İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da medalı geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm”-deyə Səmayə ana bildirib.
Polad Həşimovun qardaşı İlham Həşimov Günaz.TV-yə açıqlamasında xəbəri təsdiq edib.
"Bəli, xəbər doğrudur. Biz o mükafatı qəbul etməmişik. Şəhid general-mayor Polad Həşimovun adından sui-istifadə etməsinlər”. (Sfera.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:26 / 04.05.2021
Polad Həşimovun ailəsi İran səfirliyini təkzib etdi: “Mükafatı qəbul etməmişik”
Hazırda oxunan: Polad Həşimovun ailəsi İran səfirliyini təkzib etdi: “Mükafatı qəbul etməmişik”
Hazırda oxunan: Polad Həşimovun ailəsi İran səfirliyini təkzib etdi: “Mükafatı qəbul etməmişik”
19983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.