Goranboy rayonunda avtomobil 53 yaşlı piyadanı vurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Mahirə Məmmədovanı vurub.
Xəstəxanaya çatdırılan qadına ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu