Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır.
Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bu gün sərbəst güləşdə 48, 55, 65, 80 və 110 kq-da medalçılar müəyyənləşib.
Hacıhüseyn Əhmədzadə (48 kq) belaruslu Vladislav Lisitsaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.
Hüseyn Hüseynov (55 kq) əvvəlcə təsəlliverici görüşdə moldovalı Viktor Vdoviyə heç bir şans tanımayıb – 10:0. Axşam seansında belaruslu Artyom Pavluçenkanı (3:0) üstələyən Hüseyn fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
İsa Yusibov (65 kq) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib. Son saniyələrdə sevimli fəndini icra edən Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbəylə Avropa çempionu olub.
Məhəmməd Abbaszadə (80 kq) təsəlliverici görüşdə macarıstanlı Levente Şikşaydan güclü olsa (6:0) da, bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Sahak Hovannisyana sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
Muxamad Qantemirov (110 kq) finalda rusiyalı Movsar Saydulayevə sonuncu xal prinsipinə əsasən (1:1) uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:25 / 29.06.2024
Azərbaycan güləşçisi AVROPA ÇEMPİONU oldu
Hazırda oxunan: Azərbaycan güləşçisi AVROPA ÇEMPİONU oldu
Hazırda oxunan: Azərbaycan güləşçisi AVROPA ÇEMPİONU oldu
Azərbaycan güləşçisi Avropa Çempionu oldu. Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında sərbəst güləşdə Azərbaycanlı idmancılar nailiyyət qazandılar. Hacıhüseyn Əhmədzadə, Hüseyn Hüseynov, İsa Yusibov, Məhəmməd Abbaszadə və Muxamad Qantemirov medal qazandılar.
199695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.