İsmayıllının Qoydan kəndi boşaldılır - Sakinlərin təxliyəsinə başlanıldı

Hazırda oxunan: İsmayıllının Qoydan kəndi boşaldılır - Sakinlərin təxliyəsinə başlanıldı

199654

İsmayıllının Qoydan kəndində sakinlərin təxliyəsinə başlanıldı.

Bu barədə Bizim.Media-nın Aran bürosuna İsmayıllı rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, sakinlərin müvəqqəti olaraq kirayə evlərə köçrülməsi nəzərdə tutulur.

Qeyd edək ki, bir neçə gündür yağan intensiv yağışlar nəticəsində rayonun Qoydan kənd ərazisində torpaq sürüşməsi baş verib. Sürüşmə kənd sakinlərinin evlərinə xeyli ziyan vuraraq təhlükəli həddə çatıb.

Ötən gün Qızıl Aypara Cəmiyyəti tərəfindən kənd sakinlərinə müvəqqəti məskunlaşmaq üçün xüsusi cadırlar verilməsinə baxmayaraq, artıq bu gündən FHN-nin əməkdaşları sakinlərə kəndi dərhal tərk etməyi tövsiyə ediblər.

Sakinlərin bir hissəsinin müvəqqəti olaraq qohum evlərinə, bir hissəsinin isə kirayə mənzillərə köçrülməsi nəzərdə tutulur.

Hazırda kənddə təxliyə işləri davam edir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin