2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 476 min 232 sərnişin daşıyıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə azdır.
Bizim.Media xəbər verir ki, bu barədə ADY-nin hesabatında bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan 3 ayda ən çox nə idxal edib? – RƏSMİ RƏQƏMLƏR
Hesabata əsasən, daşınmış sərnişinlərin 438 min 965 nəfəri və yaxud 92%-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3% azdır.
Hesabat dövründə beynəlxalq sərnişin daşımaları qeydə alınmayıb. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6% azalaraq 37 min 267 nəfər təşkil edib.
Bizim.Media