Bu günədək Şuşada 20-yə yaxın sahibkar üçün şərait YARADILIB 

Hazırda oxunan: Bu günədək Şuşada 20-yə yaxın sahibkar üçün şərait YARADILIB 

199474

Bu günədək Şuşada fiziki və hüquqi şəxs olmaqla 20-yə yaxın sahibkara fəaliyyəti ilə bağlı müvafiq şərait yaradılıb. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib. 

O bildirib ki, Şuşada “Qarabağ” küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir:

“Bu binaların 8-i özəl investorlar, 2-si isə Şuşa Şəhər Dövlət Qoruq İdarəsi tərəfindən tikilir. Qeyd edim ki, bu investisiya layihəsinə 1 manat da olsa dövlət vəsaiti sərf olunmur. İlin sonunadək sözügedən binalarda əsasən qonaqlama, ictimai iaşə, ticarət xidmətlərinin təşkili planlaşdırılır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin