Qarabağla bağlı yeni plan

Hazırda oxunan: Qarabağla bağlı yeni plan

1994

Qarabağda yeni turizm növləri ilə bağlı planlar var. Bu planlara əsasən Şuşa, Laçın, Ağdam, Kəlbəcər və digər ərazilərimiz yenidən turizm destinasiyasına çevriləcək.

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Bizim.Media-ya bildirib ki, regionda açıq səma altında olan turizm növlərini inkişaf etdirəcəyik.

Qarabağın turizminə dəstək məqsədilə hazırlanan fəaliyyət planına tur şəkilində piyada və atla gəzintilərə də yer vermək lazımdır. Həmçinin, “kempinq”, dağa dırmanma növlərini də bu regionda inkişaf etdirəcəyik:

“Kənd və aqroturizmin inkişafı üçün isə xüsusi planlar hazırlayacağıq.Turizmin bu növlərini inkişaf etdirmək üçün Qarabağın ərazisi kifayət qədər zəngin landşafta və təbiətə malikdir."

"Bu planları həyata keçirməklə Qarabağ yeni ekoturizm məkanına çevriləcək”.

Qarabağın turizmi ilə bağlı həllini dərhal tapmalı məsələlərdən biri də “Arsax” adı ilə yaradılan səyahət səhifələrinin ləğv etdirilməsidir. Yoxsa, əcnəbi turistlərdə Qarabağ haradır? Arsax haradır? – deyə çaşqınlıq yaranacaq:

“İşğal olunmuş yerlərdə hər hansı fəaliyyət cinayət hesab olunur. Yaxın gələcəkdə biz öz səhayət səhifələrimizi yaratmalıyıq. Qarabağ haqqında olan bütün erməni səhifələrini ləğv etdirəcəyik. Bununla bağlı artıq işə başlamaq olar."

"Bütün səhifələri azərbaycanlı istifadəçilərlə birlikdə şikayət etməliyik”.

Qarabağ ərazisində Milli Parklar yaradılmasına gəldikdə isə icraçı direktor bildirdi ki, bu parkların yaradılması üçün əvvəlcə regionun turizm resurlarını yenidən öyrənməliyik: “Bizim 10 milli parkımız var. İşğaldan azad olunan ərazilərdə də milli park yaradılması turizm üçün cəlbedici olacaq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin