"Vaxt olub ki, pulum olmayıb və məcburiyyətdən həyat yoldaşımın qızıllarını aparıb lombarda qoymuşam. Amma çox utanmışam, xəcalət çəkmişəm. Ona demişəm ki, bu qızılları lombarda qoyuram, amma vaxt gələcək o qədər qızılın olacaq ki, “dayan” deyəcəksən"
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu "Günaylı gün" verilişində deyib.
Həyat yoldaşı Təranə xanıma çox sayda qızıl-zinət əşyaları aldığını söyləyən sənətçi bildirib ki, tezliklə ona arzusunda olduğu avtomobili hədiyyə edəcək:
"O gün qızıl hədiyyə almışam və mənə dedi ki, "Dayan, hələ aldıqlarını taxmamışam". Ona nə versəm, azdır. Canım da halal olsun. Yetər ki, məndən nəsə istəsin. İki gün sonra onu növbəti dəfə sevindirəcəyəm. İllərdir arzusunda olduğu avtomobili hədiyyə edəcəyəm. Xaricdən sifariş etmişəm. Artıq Bakıdadır. Ona söz vermişdim ki, təzə maşın alacağam. Amma tapşırmışam ki, maşını əzsən, mənim üstümə gəlmə. Qardaşının yanına get".
Qeyd edək ki, Təranə adlı xanımla evli olan Kərimin bu nikahdan Yusif adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media