Cəlilabadda yeniyetmə su anbarında boğulub - FOTO

Hazırda oxunan: Cəlilabadda yeniyetmə su anbarında boğulub - FOTO

Cəlilabad rayonunun Gülməmmədli kəndində yerləşən İncəçay su anbarında yeniyetmə bir şəxs boğularaq həyatını itirib. Sabutay Nağıyevin Bizim.Media-nın Cənub bürosundan verdiyi xəbərə əsasən, hadisə zamanı digər yeniyetmələr və əraziyə xilasçılar tərəfindən müdaxilə edilməsinə çalışılmışdır.
199366

Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində yerləşən İncəçay su anbarıında yeniyetmə boğularaq ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, suda batan şəxs qonşu Cəfərxanlı kənd sakini 11 yaşlı Mənsurov Səməd Amil oğlu öz həmyaşıdı ilə buraya çimmək məqsədi ilə gəlibmiş.

İlk olaraq suya daxil olan Səməd batmağa başladığından digər yeniyetmə özünü itirdiyindən qaçmağa başlayıb. Hadisə yerinə əvvəlcə kənd sakinləri gələrək batan şəxsi xilas etmək məqsədi ilə suya daxil olublar. Lakin onu suda tapa bilməyiblər.
Paralel olaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağrılıb.

Meyit sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.





Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin