Britaniyalı professor: “Sərhəd təxribatlarının arxasında “Qarabağ klanı” dayanır” – ÖZƏL 

Hazırda oxunan: Britaniyalı professor: “Sərhəd təxribatlarının arxasında “Qarabağ klanı” dayanır” – ÖZƏL 

Britaniyalı professor Taras Kuzio, Azərbaycan və Ermənistan arasındakı atəşkəs pozulmasının arxasında "Qarabağ klanı" olduğunu iddia edir və Paşinyanın sülh müqaviləsi bağlamaq niyyətində olduğunu vurğulayır.

199233

“Paşinyan həqiqətən çevik və fikrini tez-tez dəyişən tipik postsovet lideridir. Hesab edirəm ki, o, Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyətində səmimidir”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan akademiyası”nın professoru, britaniyalı politoloq Taras Kuzio deyib.

Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasını şərh edən politoloq, bunun arxasında Paşinyana qarşı olan güclərin olduğuna diqqət çəkib:

“Paşinyan Rusiyayönlü müxalifətçi “Qarabağ klanı”, Erməni Apostol Kilsəsi, ordu və təhlükəsizlik qüvvələrinin daxili müqaviməti ilə üzləşir. Ermənistandakı hərbi və kəşfiyyat xidmətlərinin Rusiya və KQB (indiki FSB - Rusiya Federal Təhlükəsizlik Xidməti) ilə uzun və tarixi əlaqələri var. 

Onlar Azərbaycanla sülh razılaşmasına qarşıdırlar və atəşkəs rejiminin pozulmasından istifadə etməklə sülh müqaviləsini pozmağa ümid edirlər”, - deyə T.Kuzio əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin