Boliviya prezidentindən üsyançılara TƏLƏB - VİDEO 

Hazırda oxunan: Boliviya prezidentindən üsyançılara TƏLƏB - VİDEO 

Boliviya prezidenti Luis Arce'nin üsyançılara tələbi hakkında video. Hərbçilər La Pazda prezidentlik sarayının giriş qapısını açmağa çalışır. Arce üsyançı general Zuniqa ilə görüşüb ordunun dağıdılmasını tələb edir. Boliviya hökuməti qanuni hakimiyyətini dəstəkləyən çağırış edir.
199217

Boliviya prezidenti Luis Arce nazirlərin əhatəsində xalqa müraciət edərək, La Pazda baş verənləri çevriliş cəhdi adlandırıb.

Bizim.Media “El Deber”ə istinadən xəbər verir ki, həmin zaman hərbçilər La Pazda Kemado sarayının (Boliviya prezidentinin rəsmi iqamətgahı) giriş qapısını açmağa çalışıblar. 

Daha sonra Boliviya prezidenti Luis Arce üsyançı general Zuniqa ilə üz-üzə görüşüb. 

Bizim.Media xəbər verir ki, o, ordunu dağıdıb hökumət sarayını tərk etməyi tələb edib. 

Qeyd edək ki, Boliviya hökuməti beynəlxalq ictimaiyyəti ölkənin qanuni hakimiyyətini dəstəkləməyə çağırıb. Artıq qonşu ölkələr baş verən hadisələri pisləyib.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin