Boliviyada dövlət çevrilişinə cəhd edilib.
Bizim.Media xəbər verir ki, Boliviyanın bir sıra hərbi qulluqçuları Prezident Luis Arcenin La Pazdakı iqamətgahını mühasirəyə alıblar.
Ölkə mətbuatının məlumatına görə, hazırda iqamətgahında olduğu ehtimal edilən dövlət başçısı ilə əlaqə kəsilib.
Ordu generalı Zuniqa ilkin açıqlamasında bildirib ki, Boliviyada yeni kabinet yaradılacaq. Onun sözlərinə görə, hazırkı dövlət başçısı Arce Los Tiempos “hələlik” prezident olaraq qalır.
Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq, Boliviya hökuməti dövlət çevrilişinə cəhd xəbərləri fonunda beynəlxalq ictimaiyyəti ölkənin qanuni hakimiyyətini dəstəkləməyə çağırıb.
Bizim.Media