Rusiyanın Komi vilayətində Vorkuta-Novorossiysk sərnişin qatarının doqquz vaqonu relsdən çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə iyunun 26-da Moskva vaxtı ilə saat 18:12-də Şimal Dəmiryolunun İnta-1 – Kömür hissəsində baş verib.
Qeyd edilib ki, hazırda həlak olanlar barədə məlumatlar dəqiqləşdirilir. Təcili yardım xidmətlərinin İnterfaks-a verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
Vaqonların relsdən çıxmasına ilkin səbəb kimi dəmir yolu bəndinin su ilə yuyulması göstərilir.
Bizim.Media