Ceyhun Bayramov İtaliya XİN rəsmisi ilə regional vəziyyəti MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov İtaliya XİN rəsmisi ilə regional vəziyyəti MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov İtaliya XİN rəsmisi ilə regional vəziyyəti müzakirə etdi. Çirielli ilə görüş zamanı iki tərəfli əməkdaşlıq, strateji tərəfdaşlıq, Leonardo şirkəti, hərbi nəqliyyat təyyarəsi, Azərbaycan-Ermənistan münasibətləri və digər beynəlxalq məsələlər müzakirə olunub.

199174

26 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.
İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi məmnunluqla qeyd edilib, müdafiə sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyi bildirilib.

Tərəflər həmçinin post-münaqişə dövründə bölgədə vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin