Avropa ölkələri tədricən koronavirus məhdudiyyətlərini qaldırır.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı yayıb.
Mənbə yazır ki, Yunanıstanın turizm müəssisələrində xidmətlər 15 maydan yenidən fəaliyyətə başlayacaq.
Ölkənin restoran və kafelərində açıq havada xidmət göstərilməsinə icazə veriləcək.
Macarıstan da COVİD-19-la bağlı məhdudiyyəti yüngülləşdirib. Belə ki, plastik kartları olan şəxslər qapalı məkanlara və istirahət yerlərinə daxil ola biləcək.
İş saatları saat 23:00-dək uzadılıb. Komendant saatı isə qısaldılıb. İtaliyada məktəb və kino teatrların fəaliyyəti bərpa olunur. Ölkənin bir çox çimərliklərinin də açılma ehtimalı böyükdür.
Niderlandda da komendant saatı qaldırılıb. Lakin bar və kafelərin fəaliyyətinə müəyyən məhdudiyyət qoyulub.
Eyni ailə üzvündən olmayan şəxslərə yalnız günortadan axşam saat 6-dək restorona girişə icazə verilir.
Xəyalə Həsənova, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:18 / 03.05.2021
Avropa ölkələrində koronavirus məhdudiyyətləri ilə bağlı SON DURUM
Hazırda oxunan: Avropa ölkələrində koronavirus məhdudiyyətləri ilə bağlı SON DURUM
Hazırda oxunan: Avropa ölkələrində koronavirus məhdudiyyətləri ilə bağlı SON DURUM
19915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.