“Neftçi”yə gələcəyi deyilən Qriqorçuk məşqə çıxmadı

Hazırda oxunan: “Neftçi”yə gələcəyi deyilən Qriqorçuk məşqə çıxmadı

199139

Ukrayna mətbuatı Roman Qriqorçukun “Neftçi”yə keçəcəyindən yazarkən, onun hələ də baş məşqçisi olduğu “Çernomorets”in ilk yay təlim-məşq toplanışında iştirak etmədiyini xüsusi vurğulayıb.

Bizim.Media xəbər verir ki, həmkarlarımız ukraynalı mütəxəssisin Bakı klubu ilə anlaşdığını da iddia edib:

“İyunun 25-də klubun Savinyondakı bazasında keçirilən ilk məşqdə Odessa klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq baş məşqçi Roman Qriqorçuk iştirak etmirdi. Onun ən yaxın köməkçisi, “Çernomorets”də ilk işlədiyi vaxtdan Qriqorçukla birlikdə olan Mixail Savka da məşqdə yox idi. Qriqorçukun olmaması iki səbəblə bağlıdır. Onlardan biri “Çernomorets”lə müqavilənin mümkün uzadılması məsələlərinə, digəri isə Azərbaycanın ən məşhur klubu olan “Neftçi”nin sükanı arxasına keçmək təklifinin alınmasıdır. Roman Qriqorçukun hansı klubu çalışdıracağı yaxın vaxtlarda məlum olacaq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin