İldə 12 milyon insan niyə ÖLÜR? – Professsordan SENSASİON səbəblər

Hazırda oxunan: İldə 12 milyon insan niyə ÖLÜR? – Professsordan SENSASİON səbəblər

199098

“Həddindən artıq isti hava beyin və damar xəstəlikləri riskini artırır. İsti havalarda damarlar genişlənir, tərləmə sürəti artır, maye miqdarı azalır, qan daha çox konsentrasiya olur. Belə olan halda, təzyiqdə artımlar olur, ürək ritmində pozuntular baş verir. Nəticədə insult və serebrovaskulyar tıxanmalarda ciddi artım müşahidə edilir".

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Dünya Nevrologiya Federasiya Ətraf Nevrologiya Qrupu Başçısının Köməkçisi və Səlcuq Universiteti Tibb Fakültəsinin professoru Şerefnur Öztürk deyib.

Professor qeyd edib ki, dünya miqyasında 21-ci əsr üçün böyük təhlükə olaraq təyin olunan iqlim dəyişikliyi mövsüm normalarının üzərində temperaturlara səbəb olur:

“İldə 12 milyon insan havanın çirklənməsi və iqlim dəyişikliyinə görə ölür. Bunların 2,5 milyonu beyin-damar xəstələridir. Havanın temperaturu həm tərləmə, həm də damarların genişlənməsi səbəbindən bədənimizdə və damarlarımızda dövr edən suyun miqdarını azaldır. Mütləq bol maye qəbul etmək lazımdır. Yüksək maye tərkibli qidalar istehlak edilməlidir. Mümkün qədər işdən, səyahətdən və ya birbaşa istidə vaxt keçirməkdən çəkinməliyik. İnsanlar özlərini qorumaq üçün fərdi tədbirlər görməli və soyuq içkilərlə bədən istiliyini mümkün qədər aşağı salmağa çalışmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin