Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda 3-cü turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Niderland millisi Avstriya ilə üz-üzə gəlib. Qarşılaşma “narıncılar”ın məğlubiyyəti ilə bitib – 2:3. Qrupun digər görüşündə Fransa Polşa ilə heç-heçə edib – 1:1.
Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa millisi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak edəcək.
AÇ-2024
D qrupu
25 iyun
Fransa – Polşa 1:1
Qollar: Kilian Mbappe, 56-pen – Robert Levandovski, 79-pen.
Baş hakim: Marko Quida (İtaliya)
Dortmund. “Siqnal İduna Park”.
Niderland – Avstriya 2:3
Qollar: Kodi Qakpo, 47. Memfis Depay, 75 – Donyel Malen, 6-öz qapısına. Romano Şmid, 59. Marsel Zabitser, 80.
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin. Olimpiya stadionu.
Xallar: Avstriya – 6. Fransa – 5. Niderland – 4. Polşa – 1.
Rəşad Rafiqoğlu, Bizim.Media