Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Benfika" ilə müqaviləsi başa çatan Rafa Silvanın transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "O'Jogo" nəşri məlumat yayıb.
"Beşiktaş" portuqaliyalı futbolçu ilə razılıq əldə edib. 31 yaşlı forvard bu gecə İstanbulda olacaq. Təcrübəli futbolçu Türkiyədə illik 6 milyon avro maaş alacaq. "Qara qartallar" bundan əlavə hücumçuya 10 milyon avro imza pulu verəcək.
"Qalatasaray" və "Fənərbaxça"da məşhur futbolçunu transfer etmək istəyirdi.
Qeyd edək ki, Rafa Silva 2016-cı ilin iyun ayından "Benfika"da çıxış edirdi. Portuqaliya millisinin sabiq üzvü ötən mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 22 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:36 / 25.06.2024
“Beşiktaş” “Benfika”nın hücumçusu ilə ANLAŞDI
Hazırda oxunan: “Beşiktaş” “Benfika”nın hücumçusu ilə ANLAŞDI
Hazırda oxunan: “Beşiktaş” “Benfika”nın hücumçusu ilə ANLAŞDI
199039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.