İcma İrəvanı Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa ÇAĞIRDI

Hazırda oxunan: İcma İrəvanı Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa ÇAĞIRDI

İcma İrəvanı Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa ÇAĞIRDI. İcma, beynəlxalq təşkilatlarla dialoqa çağıraraq qayıdış məqsədini qoruyur.

199021

"Qərbi azərbaycanlıların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək məqsədilə beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində səylərimiz davam edib. Çoxsaylı müraciətlərimiz BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılmış, UNESCO, ISESCO, Qaçqınlar üzrə Ali Komissarlıq, ATƏT kimi qurumlarla təmaslarımız davam edib".

Bizim.Media xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.

O bildirib ki, Qərbi Azərbaycan İcması üzvlərinin öz doğma torpaqlarına qayıdışı məqsədinə dialoq yolu ilə nail olmaq əzmindədir: 

"İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh, barışıq və birgəyaşayış dəyərlərinə hörmət edir. Biz Ermənistan hökuməti ilə də dialoq üçün dəfələrlə təklif göndərmişik. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də onun çağırışlarına cavab verməyib. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur.
Fürsətdən istifadə edərək, dialoq çağırışımızı yeniləyirəm və bir daha Ermənistan hökumətini beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıram".

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin