Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinə Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:47 / 03.05.2021
Yardımlıda ailə münaqişəsi - Yeznə qayınına atəş açdı
Hazırda oxunan: Yardımlıda ailə münaqişəsi - Yeznə qayınına atəş açdı
Hazırda oxunan: Yardımlıda ailə münaqişəsi - Yeznə qayınına atəş açdı
19899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.