Azərbaycanda “Aİ-92” və dizel bahalaşacaq

Hazırda oxunan: Azərbaycanda “Aİ-92” və dizel bahalaşacaq

198987

Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Bakinski Burila” Telegram kanalı yazıb.

Mənbə qiymət artımının çox olmayacağını qeyd edib. Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

“Faktiki olaraq aşağı qiymətlə daxili bazarda elektromobillərə keçidi ləngidirik. Bu, ilk baxışdan paradoksal görünsə də, uzunmüddətli perspektivdə bu növ yanacaqların bahalaşması həqiqətən də sərfəlidir”, - Telegram kanalın həmsöhbətləri bildirib.

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin