XƏBƏRDARLIQ: “Qarpızı həddindən artıq soyuq yesəniz...” – FOTO 

Hazırda oxunan: XƏBƏRDARLIQ: “Qarpızı həddindən artıq soyuq yesəniz...” – FOTO 

Yay aylarında sevə-sevə alıb yediyimiz yemiş və qarpızın insan orqanizminə verdiyi təsirindən danışacağıq. Əsasən iyul və avqust aylarında mövsümü olan bu giləmeyvəni bəzi fermerlər daha çox qazanc əldə etmələri üçün istixanalarda yetişdirərək daha erkən yəni, may və iyun aylarında satışa çıxarırlar. Həmin məhsulların isə vaxtından tez qida rasionumuza daxil olması ürəkaçan deyil.

198969

Yay aylarında sevə-sevə alıb yediyimiz yemiş və qarpızın insan orqanizminə verdiyi təsirindən danışacağıq. Belə ki, əsasən iyul və avqust aylarında mövsümü olan bu giləmeyvəni bəzi fermerlər daha çox qazanc əldə etmələri üçün istixanalarda yetişdirərək daha erkən yəni, may və iyun aylarında satışa çıxarırlar. 

Həmin məhsulların isə vaxtından tez qida rasionumuza daxil olması ürəkaçan deyil. 

İnsanların bəziləri bu giləmeyvəni satışda görən kimi almağa çalışsalar da, bəziləri ehtiyyatlanaraq məhsulun vaxtında yetişməsinə üstünlük verirlər. 

Kiçik bir araşdırma etmək üçün üz tutduq bazarlara və satıcılardan qarpızın və yemişin haradan gətirildiyini soruşduq. Satıcılar hazırda bu məhsulun Sabirabad rayonundan bəziləri isə Kürdəmirin müxtəlif kəndlərindən gətirdiklərini bildirərək onun təhlükəsiz olduğunu dedilər. 

Mövsümündən əvvəl yetişən qarpızın zərərləri

Kürdəmir rayon Mərkəzi Xəstəxananın həkimi Fidan Zeynalova Bizm.Media-nın yerli bürosuna bildirib ki, əslində hər meyvəni və ya giləmeyvəni vaxtında yəni öz mövsümündə yemək daha məsləhətlidir. Müsahibimiz bildirdi ki, qarpız və yemiş kimi giləmeyvələrdən yay aylarında çox istifadə edilir:

“Öz mövsümündən tez meyvələrin yeyilməsini məhləhət görmürük. Çünki kimyəvi dərmanlardan istifadə edilərək tez yetişdirildiyi üçün insan orqanizminə mənfi təsirləri çoxdur. Mövsümündən əvvəl ölkəmizə idxal olunan qarpızlar və yemişlər “hibrid” giləmeyvələr sayılır ki, onlar bizim genetik kodlarımıza uyğun deyildir. Ona görə də onun orqanizmə heç bir faydası yoxdur və ən əsası zəhərlənmə təhlükəsi çox yüksəkdir”. 

Digər həkim qasterentoloq Elşən İbrahimov isə deyir ki, hal-hazırda bazarlara çıxarılan qarpız və yemişin tərkibində çoxlu miqdarda müxtəlif dərmanlar, azot və kübrələr var:

“Bunu öz işimizdə də dəfələrlə görmüşük ki, zəhərlənmə ilə xəstəxanaya daxil olan xəstələrin çoxu mövsümü olmayan meyvələrin mənfi təsirindən gələnlərdir. Müsahibim deyir ki, birinci növbədə qarpızı kəsən zaman onun şaxlığına, tağının ölüb-ölməməyinə eləcə də qarpızın bərkliyinə fikir verilməlidir. Bəzi vaxtlarda biz qarpızın içinin əridiyini, boşaldığını görürük ki, belə qarpızları yemək qətiyyən qadağandır. 

Çünki onun tərkibində olan maddələr qarışıb, bu da zəhərlənmə riskini daha da artırır. Bundan başqa qarpızı həddindən artıq soyuq yemək də olmaz.

Bəzən qarpızı soyuducuya qoyaraq buzlu hala gətirilər ki, bu da mədə bağırsaqda maddələr mübadiləsini pozur, müxtəlif fəsadlar, problemlər, ağrı və kəskin sancılar yaradır, zəhərlənməyə qədər gətirib çıxarır. 

İnsanlara tövsiyə edirik ki, məhsulu alanda ciddi yoxlasınlar, onun şirinliyinə içinin saxlamlığna nəzərət etsinlər”. 


















Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin