Sevda Kazımovanın olduğu verilişə Mətanət Əsədova niyə gəlməyib? - VİDEO

Hazırda oxunan: Sevda Kazımovanın olduğu verilişə Mətanət Əsədova niyə gəlməyib? - VİDEO

Sevda Kazımovanın olduğu verilişə Mətanət Əsədova niyə gəlməyib? - VİDEO Müğənnilər Mətanət Əsədova ilə Sevda Kazımova arasında gərginlik yaşanıb. Sevda Kazımova, Mətanət Əsədova'nın qonaq olduğu Elgizlə izlə verilişində yaşanan durumu açıkladı. Başqa sənətçilər bu məsələyə də dair fikirlərini bildirdi.
198968

Müğənnilər Mətanət Əsədova ilə Sevda Kazımova arasında gərginlik yaşanıb. 

Bizim.Media xəbər verir ki, hadisə S.Kazımovanın qonaq olduğu “Elgizlə izlə” verilişində yaşanıb. 

Verilişin aparıcısı Elgiz Əkbər bildirib ki, Sevdanın qonaq olacağını bilən Mətanət efirə gəlməkdən imtina edib. 

Onun sözlərinə görə, Mətanət toya gedəcəyi bəhanəsi ilə verilişə qatılmaqdan boyun qaçırıb.

Bunu eşidən S.Kazımova bu fikirləri səsləndirib: 

“Gəlməyib, canı sağolsun. Müğənnilərin barmaqlarına zərrə qədər daş və tikan dəyər, qəlbim inciyir və çox pis oluram. Ağlayaram... Mən çox ağıllı qadınam. Ağlıma da söz ola bilməz. Əgər Mətanət haqqımda pis nəsə deyibsə mən ona heç nə deməyəcəyəm. Ağlıma güvənirəm. Mətanət kimi hərəkət etmərəm, verilişə çıxaram. Bilmirəm niyə mən olan verilişə gəlməkdən Mətanət imtina edib. O onun şəxsi işi və seçimidir. Mən nə deyə bilərəm ki? Mən heç bir müğənni haqqında fikir bildirə bilmərəm. Hər müğənninin bu səhnədə öz yeri, ahəngi, oxu tərzi, aktyorluq qabiliyyəti var. Mənim yanımda heç kim müğənni haqqında pis söz danışa bilməz. Əgər Mətanət mənimlə bir verilişə çıxmaq istəmirsə heç bir şey deyə və ona haqq da qazandırmıram. Onun bu etdiyi hərəkətə də görə çox sağolsun. Buna görə ona minnətdaram. Düz edib!”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin