Ötən gün Şabranda baş verən basqın zamanı yaralanan 58 yaşlı Arif Hüseynovun Bakıda xəstəxanada ölməsi faktı həqiqəti əks etdirmir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, ötən gecə Arif Hüseynov Bakıdakı xəstəxanaların birində əməliyyat olunub, amma hələ ayılmayıb. Həkimlər onun özünə gəlməyini gözləyir.
Qeyd edək ki, iyunun 24-də Şabran rayonunda fərdi yaşayış evinə basqın edilib. Nəticədə ev sahibi Arif Hüseynov yaralanıb, həyat yoldaşı Gülnarə Hüseynova qətlə yetirilib.
Basqının oğurluq məqsədi ilə törədildiyi deyilir. Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:06 / 25.06.2024
Şabranda evə basqın zamanı xəsarət alan Arif Hüseynovla bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Şabranda evə basqın zamanı xəsarət alan Arif Hüseynovla bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Şabranda evə basqın zamanı xəsarət alan Arif Hüseynovla bağlı YENİ XƏBƏR
Şabranda evə basqın zamanı xəsarət alan Arif Hüseynovun Bakıdakı xəstəxanada ölməsi barədə son məlumatlar
198953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.